
MN: Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb
Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması Azərbaycan Ordusu tərəfindən müşahidə edilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb.
CATEGORIES Xəbərlər