MN: Təxribat məqsədilə Laçında basdırılan minalar aşkar olunub

MN: Təxribat məqsədilə Laçında basdırılan minalar aşkar olunub

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

bc9d2e3cdefd5474ab671bb3edd17fbd

Poliqon.az

CATEGORIES
TAGS