Modernləşdirilən CV90 PDM-lərinin ilk partiyası sifarişçiyə çatdırılıb

Modernləşdirilən CV90 PDM-lərinin ilk partiyası sifarişçiyə çatdırılıb

“BAE Systems” şirkəti tərəfindən modernləşdirilən CV90 piyada döyüş maşınlarının (PDM) ilk partiyası Niderland Ordusuna təhvil verilib.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, CV90 PDM-lərinin təkmilləşdirmə işləri şirkətin İsveçdə yerləşən “BAE Systems Hägglunds” müəssisəsində aparılıb.

Niderland Ordusunun təkmilləşdirilən CV9035 PDM-ləri tank əleyhinə idarəolunan raket (TƏİR), aktiv mühafizə və əlavə situasiya məlumatlılığı təmin edən yeni elektro-optik tuşlama sistemi ilə təchiz edilib. Bundan başqa CV90 PDM-lərinə “BAE Systems Hägglunds” müəssisəsi tərəfindən hazırlanmış yeni döyüş modulları da quraşdırılıb.

CV9035NL PDM-lərinin modernləşdirilməsinə dair “BAE Systems” şirkəti və Niderlandın Müdafiə Avadanlıqları Təşkilatı (DMO) arasında müqavilə 2021-ci ilin yanvarında imzalanıb. Müqaviləyə görə, Niderland Ordusunun inventarında yer alan 122 ədəd CV90 PDM-nin modernləşdirilərək xidmət dövrünün 2039-cu ilə qədər uzadılması planlaşdırılıb.

Poliqon.az

CATEGORIES
TAGS