
Monqolustan nümayəndə heyəti “Makine ve Kimya Endüstrisi”ni ziyarət edib
Monqolustan Müdafiə Nazirliyinə bağlı “Defense Industrial Corporation” şirkətinin baş direktor müavini və onu müşayiət edən nümayəndə heyəti “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti ziyarət edib.
Bu barədə “Poliqon”a “Makine ve Kimya Endüstrisi” şirkətindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti zavodları gəzərək MKE-nin məhsulları və istehsal imkanları barədə ətraflı məlumat alıb.
Xatırladaq ki, ötən ilin oktyabr ayında MKE-nin “Defence Industrial Corporation” ilə imzaladığı müqavilə çərçivəsində Monqolustanda qurduğu patron istehsal xəttinin açılışı olub. Hazırda bu müəssisədə 9×18 mm, 7.62×54 mm və 7.62×39 mm kalibrli patronların istehsalı həyata keçirilir.
CATEGORIES Xəbərlər





