MSN-in nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdədir

MSN-in nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdədir

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Aparatının rəhbəri Samir Ağabalayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdədir.

MSN-in Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Özbəkistan Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktorunun dəvəti ilə baş tutan səfərin məqsədi iki ölkə arasında müdafiə sənayesi sahəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsinin aparılmasıdır.

Mayın 12-də S.Ağabalayev Özbəkistan Müdafiə Sənayesi Agentliyinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə müdafiə sənayesi sahəsində münasibətlərin tənzimlənməsi üzrə mövcud qanunvericilik təcrübəsi müzakirə edilib.

Qeyd edək ki, səfər mayın 15-də başa çatacaq.

CATEGORIES