MSN-nin nümayəndə heyəti SOFEX-2022 sərgisində iştirak edir
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) nümayəndə heyəti oktyabrın 31-dən Aqaba şəhərində keçirilən SOFEX-2022 Xüsusi Əməliyyat Qüvvələri Sərgi və Konfransında iştirak etmək üçün İordaniya Haşimilər Krallığında səfərdədir.
MSN-nin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Kral II Abdullah İbn Əl-Hüseynin himayəsi və İordaniya Dizayn və İnkişaf Bürosunun dəstəyi ilə iki ildən bir keçirilən SOFEX-2022 sərgisində dünyanın 38 ölkəsindən 300-dən çox iştirakçı, 70-dən çox rəsmi nümayəndə heyəti, 400-dən çox hərbi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.
Sərginin açılış mərasimində İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn iştirak edib.
SOFEX-2022 13-cü Xüsusi Əməliyyat Qüvvələri Sərgisi öz işini noyabrın 3-dək davam etdirəcək.