Müasir silahların “əcdad”ları: Qədim döyüşçünün pulemyotu, topu və raketi nə olub? – MARAQLI

Nə zamansa biz qılınc və nizələrlə döyüşmüşük. İndi isə onları pulemyot, pilotsuz uçuş aparatları, müxtəlif cür raketlər əvəzləyib.

Bəzən sadaladığımız müasir silahların XX əsrdə yaradıldığını düşünürük. Lakin bu belə deyil. Elə müasir silahlar var ki, onların yaradılışı 2-3 əsr əvvələ gedib çıxır. Hətta bəzi sursat və partlayıcı maddələrin bir neçə minilliklər əvvəl istifadə edildiyi də bəlli olur.

“Azeri Defence” silahlar barədə maraqlı məlumatlar rubrikasında bu dəfə də çoxlarımızın bilmədiklərini yazır.

Yerüstü minalar: Bu gün dünyada istifadə olunan partlayıcı qurğuların – minaların meydana çıxmasına görə, biz çinlilərə minnətdar olmalıyıq. İlk belə məlumat 13-cü əsrlə bağlıdır. Tarixdə məlumdur ki, çinlilər ilk dəfə olaraq qeyd olunan tipli partlayıcı qurğunu monqol yürüşlərinin qarşısını almaq üçün istifadə ediblər. Bu minaların yaradılması isə Sun imperiyasının adı ilə bağlıdır.

mina

 

Dəniz minaları: Yerüstü minalarla yanaşı, dəniz bombalarının da müəllifi Çinlilərdir. İlk dəfə bununla bağlı məlumat çinli artillerist Çzyao Yunun traktatında qeyd olunub. Bu silah 16-cı əsrdə yapon dəniz quldurlarına qarşı istifadə edilib. Silah içi partlayıcı maddə ilə doldurulmuş taxta qutudan ibarət olub.

aca5de497d7a668025649be7253b84a6

 

Odlu silah: Yenə çinlilər…Daha dəqiqi çinlilərin Sun imperiyasını süqutundan sonra həmin ərazidə mövcud olan Yuan imperiyası dövründə odlu atıcı silah yaradılıb. Silahın yaradıldığı il dəqiq bəlli olmasa da, bunun 13-cü əsrin sonu, 14-cü əsrin əvvəllərinə təsadüf etdiyi söylənilir.

6c755d3fcdc7c5436f7a4731c0d44a3e

Kimyəvi silah: Tarixi mənbələrə əsasən ilk kimyəvi silah 256-cı ildə baş verən döyüşdə istifadə olunub. Persiyalıların Roma İmperiyasına məxsus Dura-Evropos qalasının alınması zamanı istifadə etdiyi bu silah nəticəsində çoxlu sayda romalı döyüşçü həlak olub. Sonralar həmin ərazidə aparılan arxeoloji qazıntılar zamanı bu faktlar öz təsdiqini tapıb. Məlum olub ki, persiyalılar öldürücü zəhərli qarışıq maddədən istifadə ediblər. Lakin çinlilər ilk buna bənzər silahın eramızdan əvvəl 4-cü əsrdə onlar tərəfindən yaradıldığını da iddia edirlər.

f7c677c315c81d5d05729289ff19d585

 

Tank: Bu texnika haqda danışanda ilk ağıla məşhur rəssam Leonardo da Vinçinin əsərində yer alan prototip gəlir. Amma təkərlər üzərində hər tərəfi bağlı döyüş arabasına qədim dövrlərdə rast gəlinir. Bu tip müasir tankın ilk nümunələrindən 12-ci əsrdə Çində, eramızdan əvvəlki dövrdə isə Roma ordusunda oxatanlar tərəfindən istifadə olunub. Bu texnika döyüş meydanında özünü doğruldub.

KONICA MINOLTA DIGITAL CAMERA

Raketlər: Barıtla bağlı olan bir çox silahlar kimi raketlər də 14-cü əsrdə Çində yaradılıb. Dəqiqlik, dağıdıcılıq və düşdüyü ərazini partlatması ilə bağlı o qədər də güclü imkana malik olmayan bu silahın əsas əhəmiyyəti döyüşdə psixoloji uğur qazanmaq olub. Düşmən qoşun bu silahın səsindən və görünüşündən vahiməyə düşüb.

232ea76cb67834f1bc99a7998c599846

Əl Qumbaraları: Keramikadan hazırlanan bu qumbaralar qədim Bizans dövlətinin ərazisində 10-12-ci əsrlərdə yaradılıb. Qumbaranın içərisin isə “yunan atəşi” (neft) ilə doldurulurmuş. Silahın effekti barədə isə hər hansı geniş məlumat yoxdur.  

9bad9cc4d38884cfdf84db22edeea799

Pulemyot: Müasir pulemyotun “babası” məşhur Çin arbaleti “ço-ko-nu” olub. Bu silah eramızdan əvvəl 4-cü əsrdə istifadə edilib. Sursat darağına malik arbalet 15 saniyəyə 10 ox ata bilib.

0987eb7f5dfb060f47fe5816203c3a9f

Torpedalar: İlk torpedalar suriyalı mühəndislər tərəfindən yaradılıb. Onun haqda isə 13-cü əsrdə suriyalı silah alimi əl-Rəmmah yazıb. Aşağı hissəsi yarımhamar, yuxarı hissəsi isə  yumurtaya bənzəyən bu qurğu suyun üzərində partlayıcı maddənin təzyiqi vasitəsilə hərəkət edib. İçərisində olan yandırıcı vasitə isə gəmiyə dəyən zaman dağıntı yarada bilib.

5ce7e58f770ee0f6e289c1507a0bc954

Odsaçan: Bizans İmperiyasının ordusunda istifadə olunan odsaçan silah qalaların alınmasında və dəniz döyüşlərində daha çox tətbiq olunub. Təyinatına görə, indiki odsaçan silahın funksiyasını yerinə yetirən bu texnologiyanın Çində də istifadə olunduğu hərb elmində məlumdur.    

842c786d1edef572b233be172545fb8c

CATEGORIES