Müasirləşdirilmiş “Uraqan-M” YARS sınaqlarını tamamlayıb

Müasirləşdirilmiş “Uraqan-M” YARS sınaqlarını tamamlayıb

Belarus “Uraqan-M” yaylım atəşli reaktiv sistemin (YARS) yeni 9P140MB döyüş və 9T452MB nəqliyyat-yükləyici maşınlarını mayın 9-da İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümü münasibəti ilə Minskdə keçiriləcək hərbi paradda nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə istinadən məlumat verib.

“Uraqan-M” yaylım atəşli reaktiv sistemlərin döyüş və nəqliyyat-yükləyici maşınları Belarusun “Volatavto” şirkəti tərəfindən modernləşdirilib.

6×6 təkər formuluna malik MAZ-631705 şassisi üzərinə inteqrasiya olunan yeni “Uraqan-M” YARS-ın atış məsafəsi 36 km təşkil edir. Şirkət mütəxəssislərinin sözlərinə görə, YARS 2019-cu ildə sınaqlarını uğurla tamamalayıb. YARS müasir naviqasiya sistemi, rabitə və avtomatlaşdırılmış vasitələrilə təchiz edilib.

MAZ-631705-364R5 nəqliyyat vasitəsi 330 at gücündə dizel mühərrikinə malikdir. Maşının gediş ehtiyatı əlavə yanacaq çəni ilə 1350 km, maksimum sürəti magistral yolda 85 km/saat-dir. Modernləşdirilmiş maşının etibarlılığı standartdan daha yüksək hesab edilir.

Təkmilləşdirilmiş döyüş nəqliyyat vasitəsi 3 dəqiqəyə döyüşə hazır vəziyyətə gətirilir. 1.5 dəqiqəyə YARS döyüş mövqeyini dəyişə bilir. Raketlərin YARS-a yüklənməsi isə 15 dəqiqə vaxt aparır.

CATEGORIES
TAGS