Xəbərlər
Müdafiə Nazirliyi cəbhədə Azərbaycan Ordusuna məxsus PUA-nın vurulmasına dair yayılan məlumata münasibət bildirib
Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil: “Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”.




