Xəbərlər

Müdafiə Nazirliyi: Yeni tədris ili azad edilmiş ərazilərdə real təhdid və risklərin qarşısının alınmasına yönəldilib

Azərbaycan Ordusunda başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarında davam edir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına uyğun olaraq yeni tədris ilində Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqlar ölkə hüdudları çərçivəsində, xüsusilə də azad edilmiş ərazilərdə real təhdid və risklərin qarşısının alınmasının təmin olunmasına yönəldilib.

Yeni tədris ilinin başlanması ilə əlaqədar bütün hərbi hissələrdə şəxsi heyətə sıra baxışı keçirilir, bölmələrin maddi-tədris bazası və tam təchizatı yoxlanılır.

Müdafiə nazirinin göstərişi ilə şəxsi heyətlə bölmələrin sərəncamında olan müasir silah, hərbi texnika və digər döyüş vasitələrinin dərindən öyrədilməsi və onların müxtəlif iqlim və çətin relyef şəraitində tətbiqi üzrə nəzəri və praktiki dərslər keçirilir, hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət göstərilir.

a32d61593ffdc3abb731322d1e7940c9 16323f7812e0c6337a78c59838da582f 9b8e4a0d3f72ea6883869dec3b992f5d 4c0ecbdc3620c95d5ede70177933c5f6 1cdd7215c07403e758d54a1c427db760

Back to top button