Aerospace
Müdafiə naziri Zakir Həsənov MiQ-29 döyüş təyyarələrinin pilotlarına tapşırıq verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsində olub. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hərbi bazada müdafiə naziri hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olub.
Müdafiə naziri tərəfindən bir qrup hərbi qulluqçu medal və qiymətli hədiyyələr ilə təltif olunub.
General-polkovnik Z. Həsənov döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, aviasiya və hava hücumundan müdafiə ilə bağlı planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.




