Müdafiə
Müdafiə Nazirliyinin J struktruna keçidi yekunlaşır

Yaxın vaxtlarda Müdafiə Nazirliyində J struktru təsdiq olunacaq. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.
Uzun illərdir yubanan J sturktruna keçid prosesi artıq başa çatmaq üzrədir. Məlumatlara görə, yeni nazir, general-polkovnik Zakir Həsənovun ilk əmrlərindən biri də məhz J struktruna keçidin qısa müddətdə yekunlaşdırılması olub.
Qeyd edək ki, 2008-ci ildə Müdafiə Nazirliyinin J struktruna keçid prosesinə start verilib. Lakin bu günədək yeni sistemə keçid prosesi başa çatmayıb.




