Müdafiə naziri İsrailin “Rafael” şirkətinin rəhbəri ilə görüşüb

Müdafiə naziri İsrailin “Rafael” şirkətinin rəhbəri ilə görüşüb

Bakı Ekspo Mərkəzində keçirilən ADEX 2022 Beynəlxalq Müdafiə Sərgisi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək üçün Azərbaycanda səfərdə olan İsrailin “Rafael” şirkətinin rəhbəri Yoav Har-Even ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb, eyni zamanda Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.

Poliqon.az

CATEGORIES