Müdafiə naziri: Müxtəlif təyinatlı hərbi avadanlıqların ixracatı ilə bağlı uğurlu addımlar atılır

Müdafiə naziri: Müxtəlif təyinatlı hərbi avadanlıqların ixracatı ilə bağlı uğurlu addımlar atılır

Bildiyimiz kimi, ölkəmizdə son bir neçə il ərzində böyük inkişaf yolu keçmiş hərbi sənaye kompleksimiz təkcə daxili tələbatları ödəməklə kifayətlənmir, müxtəlif təyinatlı hərbi avadanlıqların ixracatı ilə bağlı uğurlu addımlar atılır.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun ADEX-2024 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı müraciətdə bildirilib.

Müdafiə nazirinin sözlərinə görə, Ordumuzda mövcud olan silahların, texnikanın və bir çox digər hərbi avadanlıqların bir qismi hərbi sənayemizin istehsalıdır və bu məhsullar döyüş əməliyyatlarında praktiki sınaqlardan uğurla çıxmışdır.

“Hesab edirəm ki, sərgidə bu amil də ölkəmizin hərbi sənaye kompleksinin istehsal etdiyi məhsullara marağın yüksək olmasına xidmət edəcəkdir.

Ümidvaram ki, ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisi mövcud hərbi-texniki əməkdaşlığı möhkəmləndirmək və geniş perspektivlər əldə etmək imkanı qazandıracaqdır. Bu cür mötəbər tədbirin paytaxtımızda keçirilməsi ölkəmizə olan etibarın, etimadın göstəricisidir.

Hamını dünya hərbi sənaye kompleksinin istehsal etdiyi yeni məhsulların nümunələri ilə yaxından tanış olmağa dəvət edirik.

Sərginin təşkilatçılarına və iştirakçılara qarşıya qoyulan hədəflərə çatmağı,  gələcək işlərdə daha böyük uğurlar qazanmağı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram”, – deyə general-polkovnik Z.Həsənov qeyd edib.

CATEGORIES