
Müdafiə naziri SAHA EXPO sərgisinin açılış mərasimində iştirak edib
Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən SAHA EXPO Müdafiə və Aerokosmik sərgisinin açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, General-polkovnik Z.Həsənov sərgidə “Roketsan”, “BAYKAR”, “TUALCOM” və “ASELSAN” şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.
Qeyd edək ki, sərgidə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib.
CATEGORIES Xəbərlər
TAGS Manşet