Müdafiə naziri: Son dövrlərdə HHQ-nin hərbi potensialı daha da artırılıb

Müdafiə naziri: Son dövrlərdə HHQ-nin hərbi potensialı daha da artırılıb

Azərbaycan Ordusunun digər qoşun növləri kimi, HHQ-nin də Vətən müharibəsi və digər əməliyyatlarda fəaliyyəti Ali Baş Komandan tərəfindən hər zaman yüksək qiymətləndirilib.

“Poliqon” xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 11-də keçirilən iclasda deyib.

Bildirilib ki, dövlət başçısının tələblərinə uyğun olaraq son dövrlərdə HHQ-nin inkişafı istiqamətində mühüm addımlar atılıb və hərbi potensialı daha da artırılıb. Silahlanmaya müasir tələblərə cavab verən yeni aviasiya və pilotsuz uçuş aparatlarının qəbul edilməsi, peşəkar hərbi qulluqçuların, pilotların hazırlanmasının Ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatların bariz nümunələrindən olduğu diqqətə çatdırılıb.

CATEGORIES
TAGS