Müdafiə naziri Xəzərdə təlimlərin gedişi ilə tanış olub – FOTO

Müdafiə naziri Xəzərdə təlimlərin gedişi ilə tanış olub – FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təliminin gedişatı ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov təlim barədə brifinq təqdim edib.

Məruzə olunub ki, komanda qərargah təlimində Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə xəritə üzərində tapşırıqlar icra ediləcək.

Qeyd edilib ki, təlimin əsas məqsədi komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbul etmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır.

Təlimə cəlb olunan heyət döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz və qətiyyətlə idarə edilməsi üzrə tapşırıqları icra edirlər. HDQ-nin təlimə cəlb olunan heyətinin məruzələrini dinlədikdən sonra Müdafiə naziri təlimin gedişatı ilə bağlı müvafiq tapşırıqlar verib.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş