
Müdafiə Nazirliyi Ermənistan tərəfinin törətdiyi təxribatlarla bağlı brifinq keçirib
Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri üçün brifinq təqdim olunub.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.
CATEGORIES Xəbərlər