
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib – SİYAHI
Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
“Poliqon” Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Kənan Əlihüseyn oğlu Seyidova;
general-mayor Ağamir Əzizxan oğlu Sultanova.
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə;
polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə;
polkovnik Anar Tofiq oğlu Hüseynova;
polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova.
“kontr-admiral” ali hərbi rütbəsi
1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova.
CATEGORIES Xəbərlər


