Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Vyetnamda keçirilən sərgidə iştirak edir

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti Vyetnamda keçirilən sərgidə iştirak edir

Dekabrın 19-da Vyetnamın Hanoy şəhərində “Vietnam Defence Expo 2024” 2-ci Beynəlxalq Müdafiə Sərgisi işə başlayıb.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirin rəsmi açılış mərasimində MSN-in nümayəndə heyəti iştirak edib.

Vyetnamın Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən sərgidə silah, döyüş sursatları, hərbi hava və hava hücumundan müdafiə vasitələri, hərbi gəmilərin sistem və avadanlıqları, pilotsuz uçuş aparatları, helikopterlər, rabitə, naviqasiya sistemləri, zirehli nəqliyyat, kəşfiyyat və radioelektron mübarizə vasitələri və s. nümayiş etdirilir.

Qeyd olunmalıdır ki, tədbir dekabrın 22-də başa çatacaq.

CATEGORIES
TAGS