
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib
11 mart 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rəyasət Heyətinin iclası keçirilib.
Veteranlar Təşkilatından “Poliqon”a verilən məlumata görə, xəbər verir ki, iclasda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov cari il üçün qarşıda duran vəzifələrə diqqət çəkib, görüləcək işlərlə bağlı Rəyasət Heyətini məlumatlandırıb, onların təklifləri ilə maraqlanıb.
İclasın sonunda təşkilat sədri tərəfindən qaldırılan məsələlər Rəyasət Heyəti tərəfindən yekdilliklə dəstəklənib.
CATEGORIES Xəbərlər