Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, iclasda 2022-ci ildə görülən işlərlə bağlı hesabat dinlənilib, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər müzakirə edilib.

Müzakirə şəraitində keçən tədbirdə Rəyasət Heyətinin üzvləri tərəfindən müxtəlif təkliflər səsləndirilib.

Tədbirin sonunda bütün təkliflər nəzərə alınmaqla bir sıra qərarlar qəbul edilib. Həmçinin, “Heydər Əliyev İli” ilə bağlı görüləcək işlərlərlə bağlı tədbirlər planının yerli təşkilatlara göndərilməsi, keçiriləcək tədbirlərdə onların da geniş tərkibdə iştirakının təmin edilməsi qərara alınıb.

İclas başa çatandan sonra Ulu öndərin büstü qarşısında xatirə şəkli çəkilib.

Poliqon.az

CATEGORIES