Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir

Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, məşqlər zamanı çətin relyefli ərazidə şərti düşmənin qurduğu mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, maneələr üzərində körpülər qurulur.

Bildirilib ki, hərbi mühəndislər taktiki-xüsusi məşqlər zamanı qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.

m2 3

Poliqon.az

CATEGORIES
TAGS