
İngiltərədə yerləşən “OpenWorks Engineering” şirkəti multikopter tipli pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə vasitəsi hazırlayıb.
“AzeriDefence”nin məlumatına görə, “SkyWall 100” adlı bu silah sistemi portative zenit-raket kompleksini xatırladır.
Pnevmatik sistem 100 metr məsafədən multikopterləri zərərsizləşdirməyə imkan verir.
“SkyWall 100” iş prinsipi aşağıdakı kimidir: atışdan sonra mərmidən paraşüt və tor açılır. Tora dolaşan multikopter zərər çəkmədən yerə enir. Silah sisteminin ağırlığı 10 kq-dır. Bura kiçik kompüter və holoqrafik nişangah daxildir.
“SkyWall 100” sisteminin təkrar doldurulması üçün 8 saniyə vaxt tələb olunur.








