“Mustafa Kamal Atatürk-2021” təlimi başa çatıb

“Mustafa Kamal Atatürk-2021” təlimi başa çatıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərinin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Azərbaycan və Türkiyə ordularının təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.

Birgə təlimlər müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.

7f3a637b1b92f1e3e38e84c68f67bddd

300bb7ad608f5f784b390129721c5ee0

454469181ab7ae90716ae95ba90aed1a

06346976bf84daea313fb4519341d765

630227ea1ebf0901e24a662568cafbab

12a9d9871cb63e7f46a9450f064debc9

5250eedd3b2a40901c3c2342ea4c1249

c5cb38c94bef52194a4ba1b1ea674478

0ba176d07f2caef234b6d6e1fbd5256f

44c6bf88d3457e37acbf13babd69c42a

1e8bb0d26f793b75f11205940a93cb09

9b14763893c0072d3286e9b15a864400

 

CATEGORIES
TAGS