NASSCO şirkəti T-AKE sinfli on üçüncü gəmini təhvil verdi

General Dynamics NASSCO şirkəti ABŞ Hərbi-Dəniz Qüvvələrinə T-AKE sinifli 13-cü USNS “Medgar Evers” universal təchizat gəmisini təhvil verib. Bu barədə “AzeriDefence” NASSCO şirkətinin saytına istinadən məlumat verib.

Gəminin tikintisinə 2010-cu ilin aprelində başlanıb. TAKE sinifli gəmilər dünyadakı son dəniz texnologiyalarını və ticarət gəmilərinin konstruktiv xüsusiyyətlərini özündə birləşdirir. Gəmi minimum 40 illik istismara hesablaıb. Yükqaldırma qabiliyyəti 10 000 tondan çox olan gəmi əsasən hərbi gəmilərə sahil stansiyalarından ərzağın, döyüş sursatlarının, yanacağın və başqa təchizatın çatdırılması üçün nəzərdə tutulub.

USNS “Medgar Evers” daxil olmaqla, NASSCO şirkəti ABŞ Hərbi-Dəniz Qüvvələrlərinə T-AKE (Lewis and Clark) sinifindən 13 gəmi təhvil verib. On dördüncü T-AKE sinfli USNS “Cesar Chavez” son gəmi may ayında suya endiriləcək və 2012-ci ilin dördüncü rübündə Hərbi-Dəniz Qüvvələrlərinə çatdırılacaq.

KATEQORIYA: