NATO-ya üzv 28 ölkə 3,5 milyon əsgər saxlayır
NATO üzv 28 ölkənin Silahlı Qüvvələrində ümumilikdə 3,5 milyon hərbçi xidmət edir. “AzeriDefence”nin Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, alyansda ən böyük orduya malik ölkə ABŞ-dır – 1 mln. 427 min əsgər.
NATO-nun ikinci ən böyük Ordusuna malik Türkiyədir. Türkiyə Silahlı Qüvvələrində 720 min nəfər xidmət edir və bunun 495 mini NATO-nun çərçivəsində sayılır.
Sıralamada Türkiyə 227 min əsgərlə Fransa, 205 min əsgərlə Almaniya, 192 min əsgərlə İngiltərə və İtaliya, 127 min əsgərlə İspaniya, 124 min əsgərlə Yunanıstan və 100 min əsgərlə Polşa izləyir.
NATO çərçivəsində ən böyük hərbi xərclər ABŞ-a məxsusdur. Ötən il Birləşmiş Ştatlar hərbi sahəyə 731,9 mlrd. dollar, İngiltərə 63,6 mlrd.dollar, Fransa 53,4 mlrd.dollar, Almaniya 48,1 mlrd.dollar, İtaliya 30,2 mlrd.dollar, Kanada 23,7 mlrd. Dollar, Türkiyə isə 14,5 mlrd.dollar vəsait ayırıb.