Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında əsgərlərin andiçmə mərasimləri keçirilib – VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqların azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib.

Dövlət Himni səsləndirildikdən sonra gənc əsgərlər təntənəli surətdə vətənə sədaqət andı içərək ordu sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar.

Polkovnik Mübariz Rzayev hərbi andı qəbul edən əsgərləri təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

Gənc əsgərlər adından çıxış edən Xeybər Abbaszadə müzəffər Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduğunu bildirib, ölkənin ərazi bütövlüyü uğurunda canını və qanını əsirgəməyən igid oğullar kimi Vətəni qoruyacaqlarına söz verib.

General-mayor Fazil Ağalarov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, Vətənə sədaqət andı içən gənc əsgərlər keçirilən məşğələlərdə nümunəvi iştirak edərək növbəti xidmət yerlərinə yenilməz döyüşçi kimi yollanacaqlar.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

f98f4c953d2839c1142724ab814ea299

Poliqon.az

Back to top button