Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlim keçirilib – FOTO/VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlim keçirilib – FOTO/VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Təlimə Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə bərabər Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələri də cəlb edilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, idarəetmə orqanlarının əməliyyatların planlaşdırılmasında uzlaşmış fəaliyyətinə nail olmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib.

Məşqlər zamanı bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları yoxlanılıb, qarlı-şaxtalı, çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları, döyüş vasitələri və ərzaqla təminata xüsusi diqqət yetirilib.

Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının yoxlanıldığı taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar qarlı-şaxtalı havalarda şərti düşmən arxasında taktiki fəaliyyətləri icra ediblər.

Təlimdə düşmənin hərbi texnikalarının pusquya salınaraq komandir heyətindən əsir götürülməsi üzrə birgə fəaliyyətlər yerinə yetirilib. Əlverişsiz hava şəraitindən istifadə edərək təxribata hazırlaşan şərti düşmənin terror qruplaşmasının fəaliyyətləri xüsusi təyinatlı bölmələrimiz tərəfindən aşkar edilib. Ərazinin çətin keçiləbilən relyefi üçün nəzərdə tutulmuş hərbi daşıma vasitələrinin köməyi ilə düşmənin terror fəaliyyətlərinin qarşısı alınıb. Çətin dağlıq şəraitdə həmlə qrupumuz tərəfindən pusquya salınan düşmənin hərbi kalonundan terror qruplaşmasının rəhbəri sağ olaraq ələ keçirilib.

Döyüş əməliyyatları zamanı yüksək dağlıq ərazilərdə qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi məşq etdirilib. Beynəlxalq xilasetmə kurslarında təcrübə qazanmış xilasedicilərin də cəlb edildiyi təlimdə təhlükəsizlik qaydalarına əməl etməklə xüsusi aparat və avadanlıqlar vasitəsilə axtarış-xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyətinin gecə və gündüz, müxtəlif ərazi və iqlim şərtlərində kəşfiyyatın və xüsusi əməliyyatların aparılmasında, eləcə də axtarış-xilasetmə fəaliyyətlərində praktiki vərdişləri təkmilləşdirilib.

Dağlarda döyüş əməliyyatları aparan zaman ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə edən hərbi qulluqçularımız təlim rayonunda hazırladıqları sığınacaqlarda yaşayıb gecələyiblər.

Şəxsi heyətə döyüş, təminat və təxliyə üzrə tapşırıqların yerinə yetirilməsi zamanı cəsarətli, dözümlü, iradəli və vətənpərvər olmaq ruhunda yüksək mənəvi keyfiyyətlərin aşılandığı təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

s f7827deda5d2ad1e7f59c5ee87981610 ef11953ada3eb67e8c9040f920113253 d614e825bde985f0eb4f344d51cfa3c8 d5e486e2c19140c41d49e78fcda2dc90 d5e55ac7a29f2577dc33f9266a12a823 cf8079f652199c71766940e8ae2a7300 c14b42b34b3e68029f1c3d6acd7af849 a3a4094e8ef741fa0329dd29d3486e4f 17233491ff786b184f195bddd0537482 5119d00ca07ee957f68ef1c90a90dac2 346b989cf51a682513131ade55f7a5ab 116aaa0d4790852744fd4048abf2997d 19d6dcc524d41d62a84966aae71f61f0 5e343b16b4b841692d37f2fc671e5a7e 3ee382e210965f44d13005bee14df449 2e0184c05723266863baa6af5538ce03 2c4f14180de61f1174a02f5cc23ef35c

Poliqon.az

CATEGORIES
TAGS