
Niderland ABŞ istehsalı patrul maşınları alır
ABŞ-ın “Oshkosh Defense” şirkəti Niderland Müdafiə Nazirliyindən “Kaaiman” patrul maşını ilə bağlı sifariş alıb.
“Poliqon” “Oshkosh Defense”yə istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 30 milyon ABŞ dollarıdır.
Bildirilib ki, sifariş üzrə işlər “Oshkosh Defense”nin Avropadakı törəməsi olan “Oshkosh Defense Europe B.V.” şirkəti ilə birlikdə həyata keçiriləcək.


