Niderland Ordusu üçün yeni “Leopard 2A8” tankları alınır

Niderland Ordusu üçün yeni “Leopard 2A8” tankları alınır

Almaniyanın “KNDS Deutschland” (əvvəlki adı “Krauss-Maffei Wegmann”) şirkəti Niderland Ordusuna “Leopard 2A8” tankları tədarük edəcək.

“Poliqon” “KNDS Deutschland”a istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında satınalma müqaviləsi imzalanıb.

Müqavilə çərçivəsində Niderland Ordusu 46 ədəd “Leopard 2A8” tankı alacaq. Həmçinin müqavilədə daha 6 ədəd “Leopard 2A8”in alınmasını nəzərdə tutan əlavə satınalma maddəsi də var.

Hazırda “Leopard 2” tankları Avropanın 15, dünyanın isə 23 ölkəsi tərəfindən istifadə olunur.

CATEGORIES