HavaXəbərlər

“Nitro-Chem” və ABŞ şirkətləri “Hydra” raketləri üzrə əməkdaşlığa başlayıb

Polşanın “Nitro-Chem S.A.” şirkəti (“Polska Grupa Zbrojeniowa” (PGZ) tərkibinə daxildir) ABŞ-ın “General Dynamics Ordnance and Tactical Systems” (GD-OTS) və “Paramount Enterprises International Inc.” şirkətləri ilə 70 mm-lik “Hydra” raketlərinin istehsal imkanlarının inkişafına dair saziş imzalayıb.

“Poliqon”un PGZ-yə istinadən verdiyi xəbər görə, bu, xüsusilə AH-64 “Apache” helikopterləri tərəfindən istifadə olunan raketlər üçün Polşada istehsal və logistika mərkəzinin yaradılması istiqamətində mühüm addımdır.

Layihənin ilkin mərhələsində 70 mm-lik idarəolunmayan “Hydra” raketlərinin “Nitro-Chem S.A.” müəssisəsində “General Dynamics” tərəfindən təmin edilən komponentlər əsasında yığılması nəzərdə tutulur.

Növbəti illərdə əməkdaşlıq Polşada tam istehsal imkanlarının mərhələli şəkildə yaradılmasına gətirib çıxara bilər. Bu prosesə yerli təchizatçılar, o cümlədən “PGZ Group”un tərkibindəki şirkətlər də cəlb oluna bilər.

Back to top button