Norveç HHQ-nin F-35-ləri AIM-120C-8 raketləri ilə silahlandırılır
ABŞ Dövlət Departamenti 1.9 milyard dollar dəyərindəki AIM-120C-8 AMRAAM raketlərinin Norveçə satışını təsdiq edib.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.
Məlumatda bildirilib ki, sifarişə 300 ədəd “hava-hava” tipli AIM-120C-8 raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifarişin əsas podratçısı rolunda ABŞ-ın “RTX Corporation” şirkəti çıxış edəcək.
Qeyd olunub ki, yeni AIM-120C-8 raketləri Norveç Hərbi Hava Qüvvələrinin F-35A döyüş təyyarələri tərəfindən istifadə ediləcək.