Ukrayna üçün yeni hərbi yardım paketi elan olunub

Ukrayna üçün yeni hərbi yardım paketi elan olunub

Böyük Britaniya Ukrayna üçün 450 milyon funt sterlinq dəyərində yeni hərbi yardım paketi elan edib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu paketin 350 milyon funt sterlinqi Böyük Britaniya, 100 milyon funt sterlinqi isə Norveç tərəfindən Ukrayna Beynəlxalq Fondu vasitəsilə təmin olunub.

Yardım paketinə 250 milyon funt sterlinqdən çox dəyəri olan yeni “yaxın döyüş” imkanları daxildir ki, bu da radar sistemlərini, tank əleyhinə minaları və yüz minlərlə pilotsuz uçuş aparatını (PUA) əhatə edir.

CATEGORIES