Norveç Ordusu yeni tanklar alacaq

Norveç Ordusu yeni tanklar alacaq

Norveç parlamenti (Storting) ölkənin Silahlı Qüvvələrinə yeni tankların alınması barədə qərar verib.

“Poliqon” xəbər verir ki, yeni tankların alınması ilə bağlı elan edilən tenderi qazanmaq üçün Almaniyanın “Krauss-Maffei Wegmann” və Cənubi Koreyanın “Hyundai Rotem” şirkətləri rəqabət aparır. Almaniya şirkəti “Leopard 2A7” tankını, Cənubi Koreya şirkəti isə “Black Panther” K2 tankını təqdim edir.

Dövlət proqramına əsasən 2022-ci ildə yeni tankların alınmasına dair müqavilə imzalana bilər və müqavilənin dəyəri 19.3 milyard Norveç NOK-u (2.2 milyard ABŞ dolları) təşkil edəcək.

Qeyd edək ki, Norveç Silahlı Qüvvələrinin silahlanmasında yer alan mövcud tankların texniki və istismar müddəti başa çatmaq üzrədir. Yeni tankların isə ən tez 2025-ci ildən başlayaraq Norveç Ordusuna təhvil verilməsi planlaşdırılıb.

Yeni tanklar silahlanmaya qəbul edilənə qədər Norveç Silahlı Qüvvələri 2000-ci illərin əvvəllərində Hollandiyadan alınmış “Leopard 2” tanklarından istifadə edəcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS