Norveç Ukraynaya 22 ədəd M109A3GN ÖAQ tədarük edib

Norveç Ukraynaya 22 ədəd M109A3GN ÖAQ tədarük edib

Norveç Ukraynaya 22 ədəd 155 çaplı M109A3GN özüyeriyən artilleriya qurğusu (ÖAQ) verib. Yardım paketinə özüyeriyən qurğularla yanaşı, avadanlıq, ehtiyat hissələri və artilleriya sursatları da daxildir.

Bu barədə “Poliqon” Ukrayna mətbuatına istinadən məlumat verib.

Qeyd edək ki, M109A3GN ÖAQ ABŞ istehsalı tırtıllı zirehli şassi üzərində 155 mm-lik özüyeriyən M109 haubitsasının Norveç versiyasıdır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS