
Növbəti T-7A “Red Hawk” təlim təyyarəsi sifarişçiyə çatdırılıb
“Boeing” şirkəti ikinci T-7A “Red Hawk” təlim təyyarəsini ABŞ-ın Hava Təhsili və Təlimi (AET) Komandanlığına təhvil verib.
“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, təyyarə AET Komandanlığının San Antonio Birgə Bazasının istismarına təqdim olunub.
T-7A “Red Hawk”lar gələcək ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı və bombardmançı pilotlarının hazırlanmasına istifadə ediləcək.
Qeyd edək ki, ilk T-7A “Red Hawk” təlim təyyarəsi bu ayın əvvəlində AET Komandanlığına çatdırılıb.
TAGS Manşet


