Növbəti Yak-130 təyyarələri Rusiya Müdafiə Nazirliyinə təhvil verilib – VİDEO

Növbəti Yak-130 təyyarələri Rusiya Müdafiə Nazirliyinə təhvil verilib – VİDEO

“Birləşmiş Aviasiya Korporasiyası”nın “İrkutsk” aviasiya zavodu tərəfindən istehsal edilən Yak-130 təlim-döyüş təyyarələrinin növbəti partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

Bu barədə “Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verib.

Bildirilib ki, Yak-130 təlim-döyüş təyyarələri lazımi yer və uçuş sınaqlarından keçdikdən sonra xidmət yerinə uçublar.

Yak-130 Rusiya Hava-Kosmik Qüvvələri tərəfindən döyüş pilotlarının hazırlanmasında istifadə olunan əsas təlim təyyarəsidir. O, 4+ və 5-ci nəsil döyüş təyyarələrini idarə edəcək pilotların hazırlanması üçün təyin olunub. Bu baxımdan Yak-130, öz sinifində ən yeni təlim təyyarələrindən biri hesab edilir.

Qeyd edək ki, Yak-130 təyyarəsi indiyədək Rusiya, Belarus, İran, Banqladeş, Əlcəzair, Myanma, Laos və Vyetnam Hərbi Hava Qüvvələri tərəfindən seçilib.

CATEGORIES
TAGS