
“Olxa-M” YARS-ın ilk müştərisi ərəb ölkəsidir
7 aprel 2021-ci il tarixində “”Olxa-M” YARS ilk xarici müştərisini tapdı” başlıqlı yazı dərc etmişdik və yazıda “Olxa-M” (“Vilxa-M”) YARS kompleksinin xaricə tədarükü üçün ilk müqavilələrin bağlandığını bildirmişdik. Onu da qeyd etmişdik ki, xarici müştərinin adı hələlik gizli saxlanılır. (Həmçinin bax).
Həmin dövrdə bir çox yerli sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin “hərbi ekspertləri” bu ölkənin Azərbaycan Respublikası olduğunu yazırdı…
“Poliqon”un məlumatına görə, aprelin 17-də “Luç” Kiyev Dövlət Konstruktor Bürosunun rəhbəri Oleq Korostelyov “Security Talks” proqramına eksklüziv müsahibə zamanı aparıcı Valentin Badrakın “Vilxa-M” YARS-ın ilk xarici müştərisi ilə bağlı suallarını cavablandırıb. Ölkənin adı açıqlanmadığı üçün aparıcı “Heç olmazsa regionu deyin” xahişini edib.
Bu xahişə cavab olaraq, “Luç” KDKB rəhbəri bildirib:
“Belə bir planlaşdırma var. Bu texnika üçün pul ödəyə biləcək zəngin ərəb ölkələri olduğuna istəsəniz inanın, istəməsəniz inanmayın. Texnika bahalıdır. Və həqiqətən belə bir layihəni həyata keçirməyə hazırlaşırıq”.
Yəni, yerli sosial şəbəkələrin və bəzi KİV-lərin “hərbi ekspertlərinin” yazdığı kimi “Vilxa-M” YARS-ın ilk xarici alıcısı heç də Azərbaycan Respublikası deyil.
Əhəd Əzizov