
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Türkiyənin Quru Qoşunları Komandanlığına və Jandarma Baş Komandanlığına müxtəlif çaplı sursatlar çatdırıb.
Bu barədə “Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verib.
Şirkət tərəfindən təhvil verilən məhsullar:
- 25 mm-lik zireh dələn sursat (Quru Qoşunları Komandanlığı);
- 81 mm-lik minaatan mərmisi (Quru Qoşunları Komandanlığı);
- 105 mm-lik M1 hərəkət barutu və A2 tipli hərəkət sürətləndiricisi (Quru Qoşunları Komandanlığı);
- 120 mm-lik minaatan mərmisi (Jandarma Baş Komandanlığı).
Həmçinin yerli şirkətlərin sifarişləri çərçivəsində 35 mm-lik “Gökdeniz” hava hücumundan müdafiə sistemlərinin və 155 mm-lik “Fırtına” özüyeriyən artilleriya qurğularının çatdırılması tamamlanıb.




