Oman 8 ədəd C295 alır
Oman Kral Hava Qüvvələri (RAFO) bu gün səkkiz ədəd C295 təyyarəsinin alınması üçün Airbus Military şirkəti ilə müqavilə imzalayıb. AzeriDefencenin məlumatına görə, bu barədə Airbus Military şirkəti məlumat yayıb.
Bu təyyarələrdən beşi dəniz gözətçi kimi istifadə olunacaq. Bu təyyarələr Omanın ərazi sularında uçuşlar etməklə yanaşı piratçılıq, qanunsuz miqrasiya və qaçaqmalçılığa qarşı missiyaların həyata keçirilməsində istifadə olunacaq.
Oman C295 təyyarələrini sifariş verən ilk körfəz ölkəsi hesab olunur. Sifarişin çatdırılmasına gələn ildən başlanılacaq.
Bununla Airbus şirkətinin 13 ölkədən sifariş verdiyi C295 təyyarəsinin sayı 108-ə yüksəlmiş olub.
KATEQORIYA: Aerospace