Xəbərlər

Ötən il Azərbaycanın sərhəd reji­mini pozduq­larına görə 4 545 nəfər saxlanılıb

2021-ci ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd reji­mini pozduq­larına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, giz­li şəkildə sərhəd nəzarəti mən­təqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində qeyd olunub.

Bildirilib ki, sərhəd naryadları tərəfindən sərhəd pozucu­ları­na qarşı təli­mata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilib.

Poliqon.az

Back to top button