Xəbərlər

“Otokar” adı açıqlanmayan ölkəyə zirehli döyüş maşınları ixrac edəcək

Türkiyənin “Otokar” şirkəti adı açıqlanmayan ölkəyə 4×4 taktik təkərli zirehli maşınlar ixrac edəcək.

“Poliqon”un məlumatına görə, ixrac ediləcək “Otokar” zirehli maşınlarının dəyəri 34 milyon ABŞ dolları təşkil edəcək. Bura zirehli nəqliyyat vasitələri ilə yanaşı, bu maşınların ehtiyat hissələri, texniki qulluq və təlim xidmətləri də əlavə ediləcək.

“Otokar” zirehli maşınlarının sifarişçiyə çatdırılması bu ildən başlayacaq. 9 ay ərzində ixracın tamamlanması planlaşdırılıb.

Şirkət tədarük ediləcək zirehli nəqliyyat vasitələrinin növünü və sayını açıqlamayıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button