“Otokar” quru nəqliyyat vasitələri üzrə ixrac lideri olub

“Otokar” quru nəqliyyat vasitələri üzrə ixrac lideri olub

“Otokar” şirkəti Türkiyənin müdafiə sənayesində quru nəqliyyat vasitələri üzrə ixrac lideri olub.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, şirkət “5-ci Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı” çərçivəsində keçirilən mükafatlandırma mərasimində Quru Nəqliyyat Vasitələri kateqoriyasında ən yüksək ixrac göstəricisini nümayiş etdirərək bir daha birincilik mükafatına layiq görülüb.

Eyni zamanda, “Otokar” 2025-ci il performansı ilə Türkiyənin ən çox məhsul ixrac edən ilk 10 müdafiə sənayesi şirkəti arasında da yer alıb.

“Quru platformalarında ölkəmizi təmsil edərkən ixracımızla Türkiyə iqtisadiyyatına güc qatmağa davam edəcəyik”, – deyə şirkət tərəfindən bildirilib.

CATEGORIES
TAGS