SərgilərXəbərlər

“Otokar” və “MİRAS” arasında zirehli texnikaların servis xidmətinə dair sənəd imzalanıb

ADEX-2026 sərgisi çərçivəsində Türkiyənin aparıcı quru sistemləri ixracatçısı “Otokar” şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi Sənaye Şirkəti” MMC arasında sənəd imzalanıb.

“Poliqon” xəbər verir ki, sənədə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan “Otokar” istehsalı zirehli texnikaların servis və texniki xidmətinə, eləcə də satışsonrası xidmətlərin göstərilməsinə dair əməkdaşlıq həyata keçiriləcək.

İmza mərasimində Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov şahidlik ediblər.

Razılaşma ilə “Otokar”ın Azərbaycandakı zirehli texnikalarına texniki xidmət, servis və satışsonrası dəstək fəaliyyətlərinin gücləndirilməsi nəzərdə tutulur.

Back to top button