Xəbərlər
Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış olub

Özbəkistan Müdafiə Nazirliyinin Sırdərya vilayətinin Məlik qəsəbəsində yerləşən hərbi hissəsinin anbarında partlayış baş verib.
“Poliqon” xəbər verir ki, bununla bağlı Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində həm hərbi hissədə, həm də ətraf ərazilərdəki yaşayış məntəqələrində işıq konstruksiyalarına və müəyyən infrastruktura ziyan dəyib.
Qeyd olunub ki, hərbi hissədə sursat ehtiyatı təhlükəsizlik tələblərinə cavab verən xüsusi anbarlarda saxlanılır və onların təhlükəsizliyi tam təmin edilib.




