
P-8A “Poseidon” dəniz patrul təyyarəsi ilk əməliyyat uçuşunu edib
Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin P-8A “Poseidon” MRA dəniz patrul təyyarəsi ilk əməliyyat uçuşunu edib.
Bu barədə Azeri Defence saytı Böyük Britaniyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
P-8A “Poseidon” patrul təyyarəsi Şotlandiyadakı Kinloss aviasiya bazasından Şimal dənizinə keçidi izləmək üçün uçub.
P-8A “Poseidon” Britaniya HHQ-ə məxsus “Eurofighter Typhoon” qırıcılarının müşayiəti ilə Rusiya HDQ-nin Qara dəniz donanmasının 22160 layihəli “Vasily Bykov” gəmisini izləyib.
CATEGORIES Xəbərlər