Pakistan atom sualtı qayığı tikəcək

Pakistan hökuməti regionda sabitliyin bərpası məqsədi ilə Hərbi-Dəniz Qüvvələrləri üçün atom sualtı gəmisinin hazırlamasına qərar verib. “AzeriDefence”nin Pakistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu addımın atılmasına səbəb Hindistanın bu yaxınlarda rusiyadan “Chakra II” (“Nerpa” K-152) sinfli atom sualtı gəmisini almasıdır. Hansı ki bu gəmi “Arihant” balistik raketləri ilə silahlandırılıb.

Hökumətin tapşırığına əsasən Pakistan alimləri Hindistanla disbalansın bərpası istiqamətində tədbirlər həyata keçirəcəklər.

KATEQORIYA: