Pakistan Çindən aldığı döyüş təyyarələrini silahlanmaya qəbul edib
Pakistan ordunun döyüş qabiliyyətini artırmaq məqsədilə Çindən aldığı 25 ədəd çoxməqsədli J-10C döyüş təyyarəsini silahlanmaya qəbul edib.
“Poliqon” xəbər verir ki, paytaxt İslamabadda Pakistanın Baş naziri İmran Xan və hər iki ölkənin rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə J-10C təyyarələri Hərbi Hava Qüvvələrinin istismarına verilib.
Xatırladaq ki, Çindən alınan J-10C döyüş təyyarələri 2022-ci il mart ayının 23-də Pakistanın “Müstəqillik Günü” münasibəti ilə keçiriləcək hərbi paradda nümayiş etdirilib.
Çinin “Chengdu Aircraft Industry Group” (CAIG) şirkəti tərəfindən dizayn və istehsal edilən dördüncü nəsil çoxməqsədli J-10C döyüş təyyarəsi hər cür hava şəraitində xidmət aparmaq qabiliyyətinə malikdir. Döyüş təyyarəsi Rusiya və Çin (lisenziyalı) istehsalı olan “NPO Saturn” mühərrikləri ilə təchiz edilib.
Rizvan Fikrətoğlu