Pakistan Hatf-VIII balistik raketini sınaqdan keçirib

Pakistan Silahlı Qüvvələri Hatf-VIII (Raad) balistik raketinin sınaqlarını uğurla həyata keçirib. Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə (İSPR) istinadən məlumat verib.

Raket 350 km-dən uzaq məsafədə torpaq və dənizdəki hədəfləri məhv etməyə imkan verir.

Yüksək sürət və dəqiqliklə yanaşı bu raket həm adi döyüş başlığı, həm də nüvə döyüş başlıqlarını daşımağa qadirdir.

CATEGORIES